Ən yaxşıdan öyrənmək fürsəti
Dünya şöhrətli Brend, Marketinq və Biznes Transformasiyası üzrə Quru
MARTIN LINDSTROM
"Dünyanın Aparıcı Biznes və Mədəniyyət Transformasiyası Şirkətinin Təsisçisi”
Biznes ikonası Martin Lindstromla “Business Minds” CANLI Master-klası bütün sənaye sahələrindən biznesə sevgisi, öyrənmək və inkişaf etmək istəyi olan sahibkarları, rəhbərləri və müdirləri, marketinq peşəkarlarını bir araya gətirən, əldən qaçırılmayacaq, öyrədici və praktiki bir təcrübədir.
Bütün gün davam edəcək bu Master-klasda Martin öz dərin təcrübə və biliklərini paylaşaraq sizə yeni ideya və motivasiya verən və biznesinizi irəli aparacaq brend, marketinq və biznesin transformasiyası istiqamətində ən son yeniliklər və fikirlər ilə bölüşəcək.
Bakıda keçiriləcək “Business Minds” CANLI Master-klasına qatılmaqla biznesinizə və özünüzə investisiya yatırın.
Martin ilə tanış olun
“TIME” jurnalı Martini “Dünyanın 100 ən nüfuzlu adamı”ndan biri seçib. Üç il ardıcıl olaraq isə Lindstrom “Thinkers50”, dünyadakı biznes ikonalarının aparıcı reytinq mənbəyi tərəfindən dünyanın ən yaxşı 50 biznes mütəfəkkirindən biri seçilib.
Martin tanınmış natiq və dünyanın 60 dilinə tərcümə olunmuş 7 “New York Times” bestsellerin (ən çox satılan kitab) müəllifidir. Onun “Brand Sense” kitabı “The Wall Street” jurnalının tənqidçiləri tərəfindən “indiyədək nəşr olunmuş ən yaxşı beş marketinq kitabından biri” elan edilib. “Small Data” kitabı isə sözügedən jurnal tərəfindən “inqilabi” adlandırılaraq tərənnüb edilib. “TIME” jurnalı “Buyology” kitabı haqqında bunu yazdı: “brendinqdə yeni nailiyyət.”
Martin “MARS”, “LEGO”, “AMERICAN EXPRESS”, “BURGER KING”, “SWISS AIRLINES”, “MAERSK”, “DORCHESTER HOTELS”, “SWISS POST”, “ HSBC”, “GILLETTE”, “STANDARD CHARTERED”, “MICROSOFT” və bu kimi aparıcı brendlər üçün konsaltinq xidməti göstərir.
Martin dünyanın aparıcı brend və mədəniyyət transformasiyası qrupu olan və beş qitədə 30-dan çox ölkədə faəliyyət göstərən Lindstrom Şirkətinin təsisçisi və rəhbəridir.
Çox cəlbedici bir natiqdir. Brend dəyəri yaratmaq üçün çox yaxşı nümunələr və hekayələr paylaşdı.
Jason Nomikos
Daimler
Tamaşaçılarla ünsiyyəti əla və olduqca əyləncəli idi!
John McMahon
Standard Chartered
Martin sadəcə istehlak üzrə quru deyil, o, həmçinin peşəkar bir şoumendir! O, sessiya boyunca auditoriyanın diqqətini yumor, maraq və dramatik performansı ilə ustadcasına saxlayır! Olduqca ürəyəyatan çıxış
Vineet Chhabra
EVP & COO - United Spirits
O, İNANILMAZ idi! Ona saatlarla qulaq asıb inanılmaz çıxışının hər dəqiqəsindən ləzzət ala bilərdim.
Josephine Vaccaro
President - Jenny Craig
Martin insanların həqiqətən necə düşündükləri və onlar üçün nələrin vacib olduğu haqda fikirləri aydın şəkildə izah edən dinamik bir natiqdir.
David Rigby
Toshiba
ÇIXIŞLARI HAQQINDA RƏYLƏR
PROQRAM
Lindstromun çıxışları mühazirələrdən daha çox gözəl görüntü, səs və heyrətamiz videolardan ibarət olan şoulardır. Həm səhnədə, həm də tamaşaçılar arasında çıxış edən Lindstrom öz interaktiv və əyləncəli üslubu ilə seçilir.
07:30 - 08.30
09.00
10:30
11.00
12.30
14.00
15.30
16.00
17.30
Qeydiyyat
Master-klas 1: MÜŞTƏRİ
İnnovasiya və təşkilati dəyişikliklər üçün istehlakçı davranış psixologiyası, elmi sirlər və imkanlar
Çay fasiləsi
Master-klas 2: BREND
Brendlərin növbəti nəsli
Nahar & VİP Nahar
Master-klas 3: MƏDƏNİYYƏT:
SAĞLAM DÜŞÜNCƏ NAZİRLİYİ
Liderlik, innovasiya və motivasiya haqqında təəccüb doğuran həqiqət
Çay fasiləsi
Master-klas 4: İNKİŞAF
Şirkətinizdə startap mühitini necə qorumalı?
VİP Kokteyl Partisi
BİLETLƏR
ERKƏN QEYDİYYAT QİYMƏTLƏRİ
Bilet Qiymətləri … Qalxır.
ƏN POPULYAR
Ləğv zamanı Pulun 100% Geri Qaytarılması Siyasəti
Sifarişdən sonrakı 30 gün ərzində rezervasiya ləğv olunarsa, ödənişiniz tam şəkildə geri qaytarılır.
Şəffaf Qiymət Siyasəti
Biz 100% şəffaf qiymət siyasəti ilə işləyirik. “Business Minds LIVE Masterclass”da iştirak etmək üçün bütün biletlər elan edilən qiymətə (istisnasız) satılır.
STANDART
BİLET
Regular Price 680 AZN

YERLƏŞMƏ
Standart
DAXİLDİR:
Bütün Gün Master-klas
Kofe fasilələri
Nahar Bufet
Sinxron Tərcümə
VİP
BİLET
15 YER MÖVCUDDUR
No Discounted Price

YERLƏŞMƏ
VIP
DAXİLDİR:
Bütün Gün Master-klas
Kofe fasilələri
Martın ilə VIP Nahar
Sinxron Tərcümə
VIP Lounge
Martinin İmzalanmış Kitab Dəsti
Martin ilə VIP Kokteyl Parti
BİZNES
BİLET
Regular Price 1020 AZN
50 YER MÖVCUDDUR

YERLƏŞMƏ
Biznes
DAXİLDİR:
Bütün Gün Master-klas
Kofe fasilələri
Biznes Naharı
Sinxron Tərcümə
Martin ilə VIP Kokteyl Parti
NİYƏ BAKI?
Azərbaycanın Paytaxtı – Bakı Xəzərin sahilində Paris, Dubay və Sovet İttifaqı memarlığının vəhdətini özündə ehtiva edir. Şərqlə Qərbin birləşdiyi bu tez dəşiyən şəhərdə biznes sürətlə inkişaf edir.
Bakı son illərdə geniş miqyaslı tədbirlərə ev sahibliyi etməkdə həqiqətən professional və mahirdir. 2016-cı ildən bəri şəhərin küçələrində Formula 1-ə, 2012-ci ildə 57-ci Avroviziya Mahnı Müsabiqəsinə, 2015-ci ildə ilk Avropa Oyunlarına, 2019-cu ildə UEFA Avropa Liqasının Finalına və qarşıdan gələn 2020-ci il Futbol üzrə Avropa Çempionatına layiqli şəkildə ev sahibliyi etməsi bunu deməyə əsas verir.
Şəhərin Konqres Parkı memarlığın möcüzəsi – mərhum Zaha Hadid tərəfindən dizayn olunan Heydər Əliyev Mərkəzi və inşası 2017-ci ildə tamamlanmış Bakı Konqres Mərkəzi ilə gözəllik və funksionallığın ahəngini özündə büruzə verir.
Bakının tarixi İçərişəhəri, Şirvanşahlar Sarayı və Qız Qalası da daxil olmaqla, 2000-ci ildə UNESCO Ümumdünya İrsi Siyahısına daxil edilmişdir və mütləq görülməli olan bir tarixi-memarlıq incisidir.
“Lonely Planet” saytı müxtəlif əyləncələr təklif edən çoxlu sayda restoranlar, kafe, pab, şərab barları və gecə klublarına malik olan Bakını dünyanın ən yaxşı gecə həyatına sahib 10 şəhərdən biri kimi təqdim edir.
Sizi Bakıda “Business Minds LIVE Masterclass 2020”də görməyi səbrsizliklə gözləyirik.
MƏKAN
BOULEVARD HOTEL
ƏMƏKDAŞLIQ İMKANLARI
Sizə “Business Minds” CANLI Master-klas zamanı şirkətinizin nümayiş olunması və tanınması üçün müxtəlif imkanlar təklif edirik.
Strateji partnyor, sponsor, media əməkdaşı olmaq və ya tədbir zamanı stendinizin nümayiş olunmasını istəyirsinizsə, bizimlə aşağıda göstərilən keçidlərdən biri vasitəsilə əlaqə yaradın.
BİZİ İZLƏYİN